​Oliqarx oğlu ilə “avtoşluq” edən erməni qızı tutuldu - FOTOLAR

 
Rusiya paytaxtı Moskvada avtoxuliqan kimi tanınan 22 yaşlı erməni qızı Mara Baqdasaryan saxlanılıb.
 
Turaninfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Maranın tutulmasına səbəb növbəti “avtoş”luğu olub.
 
Baqdasaryan idarə etdiyi avtomobili piyadalar üçün nəzərdə tutulan səkidə saxlayıb və həmçinin qanunlara tabe olmayıb. Bundan başqa, polis erməni qızın təxminən on səkkiz gecikdirilmiş cəriməsi olduğunu müəyyən edib. 
 
 
İlkin informasiyaya görə, Mara Baqdasaryan sabah məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, Baqdasaryan bir müddət əvvəl Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsuvarovla “Galendewagen” avtomobili ilə avtoxuliqanlıq etməsi ilə diqqət mərkəzinə düşmüşdü. Daha sonra Baqdasaryan sosial şəbəkədə Ruslanla yeni “qəhrəman”lığının videosunu yaymışdı.
Ruslan Şamsuvarov nömrəsiz “Galendewagen”lə Moskva küçələrində yüksək sürətlə hərəkət edib və onun arxasınca bir neçə Yol Patrul Polisi maşını düşüb. Avtoxuliqan isə polislərin onu necə qovduğunu Periscope sosial şəbəkəsindən canlı yayımlayıb. Nəhayət Şamsuvarov saxlanılıb və onun barəsində 15 sutkalıq həbs cəzası kəsilib.