“Olimpiakos”un futbolçusu qaçırıldı (FOTO)

Yunanıstanın “Olimpiakos” klubunun hücumçusu Alan Pulido öz vətənində - Meksikada qaçırılıb. Musavat.com xəbər verir ki, məlumatı Mediotiempo yayıb.
Məlumata görə, 25 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra Südad-Viktoriya şəhərindəki evinə gedibmiş.
Polis ehtimal edir ki, Alan Pulido sevgilisi ilə əyləncə gecəsində iştirak edib, daha sonra öz maşını ilə məkandan ayrılıb. Onun avtomobili bir neçə maşında mühasirəyə alınıb və futbolçu zorla naməlum istiqamətdə aparılıb. Polis onun axtarışlarına başlayıb.
“Olimpiakos”un futbolçusunu qaçıranlar hələ ailəsi ilə əlaqəyə çıxmayıblar.