“Öldürüləcəyimi, ya da qaçırılacağımı bilirəm!” - Kəşfiyyatın “işğüzar görüş” PLANI

 
Son iki ildə Avropada yaşayan və bir-birinin ardınca itən üç Səudiyyə Ərəbistanı şahzadəsinin aqibəti yavaş-yavaş bəlli olmağa başlayıb.
Publika.az xəbər verir ki, BBC-nin ərəb xidməti Səudiyyə hökumətini tənqid edən üç şahzadənin hər birinin təyyarə ilə qaçırılaraq Səudiyyə Ərəbistanına aparıldığında dair dəlillərin olduğunu yazıb.
2015-2016-cı illərdə Avropada itən 3 şahzadədən kimsə xəbər ala bilmədi.
Bir zamanlar Səudiyyə Ərəbistanının polis təşkilatında yüksək vəzifədə olan şahzadə Türki bin Bandar miras mübahisəsi üzündən həbsə atılmışdı. Həbsdən sonra Fransanın paytaxtı Parisə qaçan şahzadə 2012-ci ildən etibarən Səudiyyə Ərəbistanında islahat çağırışları edən videoları Yutubda paylaşmağa başladı.
 
 
Səudiyyə hökuməti onu geri dönməyə razı salmağa çalışdı. Ölkəyə qayıtmaqdan imtina edən Türki onunla söhbət edən daxili işlər nazirinin müavini ilə etdiyi telefon söhbətinin də sosial şəbəkədə paylaşdı.
Şahzadə Türki bin Bandar 2015-ci ilin iyul ayına qədər videolar paylaşmağa davam etdi. O, 2016-cı ildə Parisdən Qahirəyə uçmaq üçün qalxdığı ehtimal edilən bir təyyarəyə minmiş, ancaq təyyarə Ər-Riyada enmişdi.
Türkinin yoxa çıxmasından sonra bir Mərakeş nəşrində dərc olunan xəbərə görə, müxalif şahzadə Mərakeşdən Parisə uçmaq istəyərkən saxlanılmışdı. Nəşr Səudiyyə Ərəbistanın müraciətindən sonra Mərakeş məhkəməsinin onun deportasiya edilməsi barədə qərar verdiyini yazdı.
Turki bin Bandarın taleyi tam olaraq məlum deyil, ancaq itməsindən əvvəl bir dostuna verdiyi və özünün yazdığı kitabda olan qeyd müəyyən ehtimallara gəlməyə imkan verir.
 
 
“Sevgili Vael, bu yazdıklarım ancaq itəcəyim və ya sui-qəsdə məruz qalacağım halda paylaşıla bilər. Qaçırılacağımı, ya da öldürüləcəyimi bilirəm. Mənim və Səudiyyə xalqının haqlarını necə istismar etdiklərinin də fərqindəyəm”, - qeyddə deyilirdi.
Şahzadə Türkinin itdiyi ərəfədə Avropadakı qumarxanalar və bahalı otellərə düşkün olan bir başqa Səudiyyə şahzadəsi Suud bin Saif əl-Nasr də eyni taleyi yaşadı. O, 2014-ci ildə Tvitter hesabı üzərindən krallığı tənqid edən statuslar yazmağa başladı. Onun sözlərinə görə, Misir prezidenti Məhəmməd Mursinin devrilməsini dəstəkləyən səudiyyəli səlahiyyətlilər mühakimə olunmalıdır. Şahzadə 2015-ci ilin sentyabr bir az da irəli getdi. Adını açıqlamayan bir Səudiyyə şahzadəsi Səudiyyə Ərəbistanı Kralı Salmanın dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılması çağırışının yer aldığı iki məktub yazdı. Suud bin Saif çağırışa açıq olaraq dəstək verən kral ailəsinin yeganə nümayəndəsi oldu.
“Beynəlxalq cəmiyyəti bu məktubların məzmununu təzyiq vasitəsinə çevirməyi çağırıram”, - Səud bin Saif Tvitterdə yazmışdı.
Və sonra Tvitter hesabı susdu.
 
 
2013-ci ildə Almaniyaya qaçaraq sığınacaq tələb edən müxalif şahzadə Xalid bin Farhan Suud bin Saif al-Nasrın bir işgüzar görüş adı ilə aldadılaraq Milandan Romaya uçmağa razı salındığına inanır: “Bir xüsusi təyyarə şahzadəni Milandan götürür. Amma təyyarə Romada deyil, Ər-Riyadda enir. “İşgüzar görüşü” isə Səudiyyə Ərəbistanı kəşfiyyatı təşkil edir. İndi onu gözləyən tək tale yeraltı həbsxanadır”.
Şahzadə özünün də Ər-Riyada zorla aparılması üçün planların hazırlandığını düşünür:
“Avropada kral ailəsindən 4 şəxs var idi. Biz ailəni və Səudiyyə Ərəbistanı iqtidarını tənqid edirdik. Üçü qaçırıldı. Bir tək mən qaldım. Amma mən çox tədbirliyəm”.

Загрузка...
Загрузка...