Öküz buynuzu ilə qeyri-adi müalicə - FOTO

Baxış sayı: 
215
0  
0  

 
 
İndoneziyalılar kürək ağrıları və soyuqdəyməni müalicə etmək üçün öküz buynuzundan istifadə edirlər.
 
Tibbi bankalarla eyni məntiqi daşıyan üsulda buynuz, şüşəyə görə istiliyi daha uzun müddət saxlayır və sərtləşən əzələlər daha çox rahatlaşır. Bu qeyri-adi müalicə üsulu, mütəxəssis tərəfindən edilmədikdə dəri yanığına səbəb ola bilər.
 
Ölkədə müxtəlif yaş qrupunda olan insanlar, bel ağrısı, yorğunluq, stress və soyuqdəymə kimi hallarda bu üsula müraciət edirlər.
 
Moderator.az xarici mediaya istinadən bildirir ki, bu işlə məşğul olanlar, buynuzla aparılan müalicənin qədim tarixə söykəndiyini və bir çox xəstəliklərin qarşısını almaqda təsirli olduğunu iddia edirlər.
 
Burada yaşayan xalq, evlərinin giriş hissəsinə öküz buynuzu asır. Bir evdə nə qədər buynuz varsa, o ailənin o qədər varlı və güclü olduğuna inanılır.

Загрузка...
Загрузка...