Ohayo - prezidentlik yarışının qalibini müəyyən edən ştat

 
 
Ohayo kimə səs verirsə, millət də onun ardınca gedir
ABŞ prezidentliyi uğrunda seçkilərinində açar-qıfıl rolunu oynayan ştatlarıın başında Ohayo ştatı gəlir.
 
Son reytinqlər hələ ki, ştatda  respublikaçı Donlad Trampın liderliyini hiss etdirir. Lakin nə ona, nə də demokrat rəqibi Klintona Ohayonun gənc elektoratını öz tərəfinə çəkmək müyəssər olmayıb. Bundan başqa, ştatda liderliyə 3-cü qüvvə, Libertarian partiyasının rəhbəri Geri Conson iddia edir.
 
Musavat.com xarici mətbuata istinadən Ohayo ştatında seçkiqabağı vəziyyəti bildirir.
Ohayonun paytaxtı Kolombus şəhərində yerləşən dövlət universitetində 60 minə yaxın tələbə təhsil alır.
 
Tələbələr arasında isə hansı namizədə üstünlük veriləcəyi ilə bağlı sistemləşmiş rəylər mövcud deyil.
 
Bir çox tələbə sırf etiraz olsun deyə libertarian Geri Consona səs verəcəyini söyləyir. Libertarianlar siyasi meydanın sağ qanadında yer alaraq az müdaxilə və dövlət tərəfindən minimal sosial dəstəklə ilə bol azadlıqlar vəd edirlər.
 
“Bir gün bir tələbə qızın yaxasında Geri Consonun şəklini gödüm. Ona sual verdim ki , o tələbələrə verilən kreditdən istifadə edirmi? O mənə hə cavabını verdi. “Bəs sən bilirsənmi ki, Conson tələbə yardımlarına və kreditlərə qarşıdır” deyən zaman qız mənə sadəcə bərəlmiş gözləri ilə baxmaqla kifayətləndi” deyə univeristetin politologiya fakulətəsinin  professoru Pol bek ironiya ilə bildirir.
 
Pol Bek keçən əsrin 70-ci illərin axırlarından, 2000-ci illərin əvvəllərinə qədər doğulanların Geri Consona səs verəcəyini proqnozlaşdırır: “Bu adam, mahnıları ənənəvi müğənnilər kimi oxumayan pop-ulduzu xatırladır. Tələbələr isə yenliyi sevir”,- deyə professor Conson fenomenini izah edir.
 
“Kənardan olan müstəqil siyasətçilər gənclərin daha çox xoşuna gəlir. Lakin seçkilər yaxınlaşdıqca onlar ənənəvi namizədlərə yönələcəklər”,- deyə professor qeyd edir.
 
Politoloq gənc elektoratın konkret hansı namizədə meyllənəciyi barədə qəti proqnoz vermədiyini bildirib. Lakin o, Kolombus universitetinin savadlı gənclərə malik olduğunu , bu səbəbdən onların könülsüz də olsa Hillari Klintona səs verəcəklərini düşündüyünü söyləyib”.
 
Politoloq Bek Ohayoda 10-15%-lik öz səslərini müəyyən etməkdə çətinlik çəkən seçici olduğunu və səsvermə günü onların rəyinin həlledici olacağını qeyd edib.
 
Görünür Hillari Klinton özü də ştatın seçkilərdə nə dərəcədə mühüm rol oynadığını anlayır.
 
Demokrat namizəd oktyabrın 3-də Ohayo ştatının Toledo şəhərində seçiciləri qarşısında çıxış edib və rəqibi Donlad Trampa vergi ödəməkdən qaçan, siyasi əlaqələrindən istifadə edib milyonlarla dövlət subsidiyasınadan yararlanaraq müflis olmaqdan qurtulan, uğursusz bir biznesmen olaraq təsvir edib:
 
“Bu adam, hər şeydən sui-istifadə edir və öz maraqlarını ölkə maraqlarından üstün tutub. Bu insan üçün Tramp birinci qalan hər şey ikincidir”.
 
Klinton  Trampı dahi adlandıran Nyu-York şəhərinin keçmiş meri Rudolf Culianniyə də cavab verib : “Bu necə dahidir ki, bir ildə 1 milyard dollardan çox pul itirib, üstəlik 18 ildir vergi ödəməkdən yayınır?” deyə o sarkazmla tərəfdarlarına müraciət edib. 
 
Hər halda Trampın savadlı elektorat , xüsusilə qadınlar arasında ciddi problemlərə malik olduğu sirr deyil. Lakin Respublikaçılar partiyasının Ohayo ştat təşkilatının sədri Mett Borges bununla tam razılaşmır.
 
Doğrudur Borgesin sözlərində Trampın namizədləyinin heç respublikaçıların da ürəyincə olmadığı açıq şəkildə sezilir:
 
“Biz işçi sinfi ilə bağlarımızı bərpa etməyə kömək edəcək namizəd barədə dua edirdik. Lakin düşünmürdük ki, bu belə manerada və belə namizədlə olacaq, lakin olan oldu”,- deyə Borges qeyd edir. Borges partiyada keçirilən ilkin seçkilərdə ştat qubernatoru Con Keysiki dəstəklədiyini gizlətmir. Amma Trampa da çox ümid etdiyini söyləyir: Ən azından bu adam praymerizdə qalib gəlib”,- deyə o vahid namizədə inandığını söyləyib.