Ohanyan Azərbaycana gəldi

Ermənistan Müdafiə naziri Seyran Ohanyan yüksək rütbəli zabitlərin müşayiəti ilə Qarabağa gəlib.
 Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. O, Qarabağda cəbhənin təmas xəttindəki müxtəlif mövqelərə baş çəkib.
 Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistanda bir neçə general vəzifəsindən azad edilib. Üstəlik, biri general olmaqla, 3 yüksək rütbəli hərbçi həbs edilib.
Ötən gün isə Ermənistan və qondarma DQR rəhbərliyini tənqid edən və 2-5 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn “İjo” kod adlı general Samvel Babayan Xankəndinə gəlib. Onu 1000 nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Samvel Babayanın tərəfdarları separatçı rejim başçısı Saakyandan İjonun qanunsuz silahlı qruplaşmanın rəhbəri təyin edilməsini tələb edib.
 Buna görə Xankəndidə gərginlik yaşanır..