Oğuzda 21 yaşlı qız özünü öldürmək istədi - Ailəsi məcbur edib...

Bu gün saat 10:30 radələrində Oğuz rayonu Padar kənd sakini 1996-cı il təvəllüdlü Rəvanə Nofəl qızı Dadaşova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Publika.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, müayinə zamanı 21 yaşlı Rəvanə Dadaşovanın intihar etmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Dadaşovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumatda o da bildirilir ki, Rəvanə Dadaşova valideynlərinin istədiyi oğlanla ailə qurmasına icazə verməməsinə etiraz edərək sirkə turşusu qəbul edib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...
Загрузка...