Oğru ata-oğul tutuldu: "O pulla evə ərzaq aldıq" - VİDEO, FOTO

Bakıda silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib. Onlardan ikisi ata oğuldur.
Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları Nardaran qəsəbəsi bağlar massivində Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlayan paytaxt sakinləri - Qəhrəman Quliyev, onun oğlu Əmrah Quliyev, Hüseyn Əsədov və əvvəllər məhkum olunan Zahid Cəbrayılovu tutaraq istintaqa təqdim ediblər.
Aparılan araşdırmalar zamanı dəstə üzvlərinin Nardaran qəsəbəsində 15-ə yaxın evdən elektrik naqili oğurlamaları müəyyən edilib.
Faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsindəcinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Region TV)