Oğlunun bu hərəkəti Brilliant Dadaşovanı ÖZÜNDƏN ÇIXARTDI: “Tərbiyəsiz, sən...” - FOTO

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin motosiklet sürməsi anasını özündən çıxarıb.
Publika.az xəbər verir ki, İstanbulda yaşayan Cahad Hacıyev motosiklet sürərkən çəkilən kadrları instaqramda paylaşıb. Sürət həvəskarı olan müğənninin oğlu stressini bu yolla atdığını qeyd edib. Cahadın bu görüntülərini görən anası B.Dadaşova əsəbiləşdiyini bildirib. Oğluna irad bildirən müğənni rəydə bunları yazıb:
“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Başıma ağrı girdi, sənə göstərərəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm”.
Anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu yazan Cahada Xalq artisti belə cavab verib:
“Mən sənə yeriməyi öyrətmişəm”.

Загрузка...
Загрузка...