Ögey atası tərəfindən cinsi təcavüzə məruz qalan müğənni: “Ümid edirəm…”

 
Müğənni Nazan Öncəl cinsi istismar haqqında olan qanuna qeyri-adi yolla etiraz edib.
 
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Muradpaşa əyalətində konsert verən müğənni geyindiyi qara don və qara duvağı ilə uşaqlara qarşı yönələn istismara və pedofilliyə diqqət çəkmək istəyib.
 
Öncəlin konsert proqramında ilk səsləndirdiyi “Dəmirdən ləbləbi” nəğməsi də təsadüfü olmayıb. Belə ki, o, səhnədən cinsi istismarla bağlı olan qanuna kəskin şəkildə etiraz edərək bildirib:
 
“Uşaq bədənlərinə qarşı olan istismarı legitimləşdirmək yerinə, yeni qanunun uşaqların mühafizəsinə yönələcəyinə ümid edirəm. Demək istəməzdim, ancaq pedofilliyin qurbanı olmağın nə demək olduğunu ən yaxşı mən bilirəm”.
 
Xatırladaq ki, bir neçə bundan əvvəl Nazan 9 yaşında olarkən ögey atası tərəfindən təcavüzə uğradığını qeyd etmişdi.