Ödəniş terminallarında nəqliyyat kartlarının yüklənməsi problemi nə vaxt aradan qalxacaq?

MilliÖn ödəniş terminallarında ictimai nəqliyyatda gediş haqqı üçün kartların (BakıKart) yüklənməsində yaranan problemlər onunla əlaqədardır ki, terminalların "BakıKart" sisteminə inteqrasiyası tam başa çatmayıb.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib: "Belə problemlərin aradan qaldırılması üçün bütün zəruri tədbirləri görürük".
"Komtec" şirkətindən isə deyiblər ki, şirkət hazırda həmin problemlərin aradan qaldırılması üçün iş aparır: "Şirkətdə yaradılmış xüsusi qrup terminallarımızın "BakıKart" sisteminə inteqrasiya layihəsi ilə məşğul olacaq".