​Öcalanla görüşə icazə verildi

 
PKK lideri Abdullah Öcalan yaxın günlərdə ailəsi ilə görüşə biləcək.
 
Axar.az xəbər verir ki, qərara əsasən, terrorçunun yaxınları Qurban bayramı günlərində İmralı adasına gələrək onunla görüşəcək.
 
Xatırladaq ki, PKK lideri 1999-cu il fevralın 15-də Keniyada həbs edilərək Mərmərə dənizindəki İmralı adasındakı həbsxanaya yerləşdirilib. Öcalan əvvəlcə ölüm cəzasına məhkum edilsə də, sonradan qərar ömürlük həbs cəzası ilə əvəzlənib.