ÖCALANIN QARDAŞI QIZINI QANDALLAYIB MƏHKƏMƏYƏ GƏTİRƏCƏKLƏR - QƏRAR

Türkiyənin Şanlıurfa vilayət məhkəməsi HDP-nin Şanlıurfa millət vəkili Dilək Öcalan barəsində qərar qəbul edib.

Turaninfo.az avropa.info-ya istinadən xəbər verir ki, Şanlıurfa 5-ci Ağır Cəza Məhkəməsi terror təşkilatının təbliğatını aparmaqda ittihamı olunan HDP Şanlıurfa millət vəkili Dilək Öcalanın məhkəməyə ifadə verməyə gəlmədiyi üçün zorla hakim qarşısına çıxarılması haqda qərar qəbul edib.
Məhkəmə prosesində iştirak edən Öcalanın vəkili Gülay Koca Öztürkoğlu müvəkkilinin millət vəkili olduğu üçün məhkəməyə zorla gətirilməsinin qanuna uyğun olmadığını müdafiə edib.
Məhkəmə heyəti isə birbaşa özünə bildiriş göndərildiyi halda ifadə verməyə gəlməyən Öcalanın qandallanaraq məhkəmə zalına gətirilməsi haqda qərar qəbul edərək məhkəmə prosesini təxirə salıb.
Qeyd edək ki, Dilək Öcalan PKK terror təşkilatının qurucusu və lideri Abdullah Öcalanın bacısı qızıdır.