Öcalanı tutan keçmiş məhkum polkovniki Türkiyə kəşfiyyatının Başıma gətirirlər - bir şərtlə...

Türkiyənin Oda TV telekanalı sensasion iddia ilə çıxış edib.
Musavat.com xəbər verir ki, telekanalın saytında “Hakan Fidan gedir, MİT-in (Milli Kəşfiyyat İdarəsi) başına sürpriz isim gəlir” başlıqlı yazı dərc edilib. Yazıda iddia olunur ki, MİT rəhbərliyinə bir müddət əvvəl həbsdən buraxılan Levent Göktaş gətirilir.
Məlumata görə, bir müddət əvvəl Türkiyə hökumətinin nümayəndələri ilə Levent Göktaş arasında MİT müstəşarlığı ətrafında müzakirələr aparılır. Oda TV-nin qaynaqları iddia edir ki, Levent Göktaş “terroru 1 ilə bitirərəm” sözü verib, Fətullah Gülən camaatı ilə mübarizədə uğur əldə edəcəyini vəd edib. Lakin “Ergenekon” əməliyyatı və Levent Göktaşın da bu əməliyyatın hədəfində olması ona olan etibarın azalmasına səbəb olub.
Bundan başqa, 1998-ci ilin noyabrından 2000-ci ilədək Dəməşqdə hərbi attaşelik etmiş, həyatının iki ilini Suriyada keçirmiş Levent Göktaş hesab edir ki, Türkiyənin hüzuru Suriya ilə barışmaqdan keçir. Onun fikrincə, tək Suriya deyil, İsrail və ya İranla da barışıq siyasəti yürüdülməlidir. Bir müddətdir bölgə ölkələri ilə qalmaqal yaradan siyasətlə Göktaşın baxışları arasında fərq var. O, bu yanaşmasını ona təklifi aparan elçiyə də çatdırıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Levent Göktaş arasında birbaşa danışıq olmasa da, prezidentin adından ona yaxın adamlar danışıqların iştirakçısı olublar.
Oda TV-nin məlumatına görə, MİT-in yeni rəhbərinin adı iki həftə ərzində bəlli olacaq.
Maraqlıdır ki, İmralı ilə “danışıq prosesi”ni aparan , PKK terror təşkilstının lideri Abdullah Öcalanın çox güvəndiyi Hakan Fidanın yerinə Öcalanın tutulması əməliyyatında iştirak etmiş Levent Göktaşın gətirilməsi müzakirə olunur. İddialara görə, “kürd acılımı” adlı siyasətin iflasa uğramasının məsuliyyəti sabiq baş nazir Əhməd Davudoğlu və hazırkı MİT müstəşarı Hakan Fidanın üzərinə qoyulacaq.

Qeyd edək ki, Levent Göktaş Türkiyə Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə PKK lideri Abdullah Öcalanın Suriyadan çıxarılması və Keniyada tutularaq Türkiyəyə gətirilməsi əməliyyatında iştirak edib. O, Türkiyə Silahlı qüvvələrində igidliyə və üstün xidmətə görə 3 medal almış yeganə hərbçidir. 2004-cü ildə istefaya getdikdən sonra vəkillik etməyə başlayıb.
7 yanvar 2009-cu ildə “Ergenekon işi”nə görə silahlı terror təşkilatına üzvlük ittihamı ilə həbs edilib. O, bu ittihamı rədd etsə də 5 avqust 2013-cü ildə İstanbul məhkəməsinin hökmü ilə 20 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 10 mart 2014-cü ildə azadlığa buraxılıb.
Levent Göktaş iki il Azərbaycanda da xidmət edib. “Yeni Müsavat”da onun Azərbaycandakı xidmətləri ilə bağlı yazılar dərc edilib. Musavat.com müxtəlif dövrlərdə dərc edilmiş həmin yazıların keçidlərini təqdim edir:
http://musavat.com/news/yazarlar/ergenekonchu-polkovnik-azerbaycana-niye...
http://musavat.com/news/yazarlar/ergenekonchu-polkovnik-ne-isteyirdi-ii-yazi_46289.html
http://musavat.com/news/yazarlar/ergenekonchu-polkovnik-ne-isteyirdi-iii...
 http://musavat.com/news/yazarlar/ergenekonchu-polkovnikin-yarimciq-qalmi...