"Öcalanı azad edin" — Bağdad rejimindən Türkiyəyə sərsəm tələb

 
Rəsmi Bağdad Türkiyədən İraqdan çıxmağı və PKK lideri Abdullah Öcalanın azadlığa buraxılmasını tələb edib.
 
Ölkə.Az xəbər verir ki, Mosul yaxınlığında yerləşən Başika hərbi bazasına görə Türkiyə və Bağdad rejimi arasında yaranan gərginlik davam edir. Bu dəfə İraq dövləti rəsmi Ankaradan terror təşkilatının liderini sərbəst buraxmağı tələb edib.
 
HDP-li millət vəkillərinin həbs edilməsi ilə bağlı açıqlama verən İraq prezidentinin mətbuat xidmətinin sədri Abdullatif Cemal Reşid Türkiyəni hədəf alan cümlələrdən istifadə edib. Şimali İraq Kürd muxtariyyatının lideri Məsut Barzaniyə məxsus "Rudaş TV"də yayımlanan açıqlamada millət vəkillərinin həbsinə etiraz edilib: mübarizə aparan kürdlərə qarşı bu ilk antidemokratik mövqe deyil. Türkiyə hakimiyyəti tərəfindən kürd əsilli deputat və partiya rəsmilərinin həbsini sərt şəkildə qınayırıq. Abdullah Öcalan, Selahettin Demirtaş və Figen Yüksekdağın, digər parlamentarilərin sərbəst buraxılmasını istəyirik".
 
Açıqlamada eyni zamanda Türkiyədən İraqdakı hərbi kontingentini geri çəkmək və İraqın daxili işlərinə qarışmağı dayandırmaq tələb edilib.

Загрузка...
Загрузка...