​Öcalandan türk hökumətinə təklif: “6 aya...”

 
Bu gün İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan qardaşı Məhməd Öcalanla görüşüb.
 
Axar.az xəbər verir ki, görüşdən sonra M.Öcalan qardaşının mesajını Diyarbəkirdə təşkil olunan mətbuat konfransında ictimaiyyətə açıqlayıb.
 
Öcalan Türkiyə hökumətinə müraciət edərək danışıq təklif edib:
 
“Hər şey olduğu kimi davam etsin. Öncəki həll müddətini biz ləğv etmədik. Əgər dövlət səmimi olsaydı, bu qədər insan ölməz, problem həll olunardı. Bir ölkədə 40 nəfər həlak olursa, bayram keçirilmir. Bu, birinin o birinə qalib gələ biləcəyi bir savaş deyil, təxminən 200 ildir davam edir. Bizim layihələrimiz var. Dövlət hazırdırsa, iki adamını göndərsin, 6 ayda hər şeyi həll edək”.