“Öcalan bunu 1 il əvvəl söyləmişdi” - AKP-li deputatdan ŞOK İDDİA - VİDEO

Hazırda İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyədə hərbi çevrilişə cəhdin olacağını bir il əvvəldən bilirdi.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Mardindən olan millət vəkili Orhan Miroğlu qonağı olduğu bir teleproqramda deyib.
Millət vəkili çap edəcəyi yeni kitabında İmralı həbsxanasında Abdullah Öcalan ilə keçirilən görüşlərin təfərrüatlarının yer alacağını bildirib. O, İmralıda kürdlərlə sülh prosesinin az danışıldığını, amma terror təşkilatının Suriyada yenidən qurulması prosesinin daha çox müzakirə edildiyini deyib.
“Öcalan çox açıq təlimatlar verir. Məsələn, terrorçuların sayının 50 mindən 70 minə qədər artırılmasını istəyir. PYD-nin formalaşması ilə bağlı fikirlərini çox açıq ifadə edir. Öcalan onu ziyarət edən HDP heyəti ilə bütün problemləri açıq şəkildə müzakirə edir. Ancaq bu problemlər içində Türkiyədəki həll prosesi çox az yer tutur”, - millət vəkili qeyd edib.
Orhan Miroğlu FETÖ və PKK arasında əlaqənin 2016-cı il hərbi çevriliş cəhdi zamanı bir daha ortaya çıxdığını söyləyib: “Ocalan Türkiyədə hərbi çevrilişə cəhd olacağını bir il əvvəldən söyləyib. Öcalan çevriliş cəhdində PKK-dan istifadə ediləcəyini, həm də bunun FETÖ qrupu tərəfindən ediləcəyini söyləyir. Daha sonra isə birdən-birə xəndək məsələsi ilə qarşılaşırıq. Əlaqələrin olduğu aşkardır. Aleksandr Duqin (“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq –red.) “15 iyul hadisələri zamanı Ərbildə idim. Artıq Türkiyəyə girməyə hazırlaşan 3 min PKK-çı var idi” deyir. Bütün bu daşları bir araya gətirən zaman hər şey ortaya çıxır. Tutulan terrorçular da deyir ki, 15 iyul öncəsi əsgərlərə qarşı deyil, yalnız polislərə qarşı hərəkət etməli olduqlarına dair əmr alıblar”.

Загрузка...
Загрузка...