Obamanın qardaşı Trampa səs verəcək

 
ABŞ prezidenti Barak Obamanın ögey qardaşı noyabr ayındakı  keçriləcək  prezident  seçkilərdə respublikaçıları dəstəkləyəcəyini açıqlayıb.
 
Avropa.info xəbər verir ki,  "Nyu- York Post"a  danışan Malik Obama partiyasını dəyişdiyini, seçkilərdə demokratların namizədi Klintona deyil, Respublikaçı partiyanın namizədi, iş adamı Donald Trampa səs verəcəyini deyib. Malik Obama Trampla tanış olmaq istədiyini də bildirib.
 
Demokratların namizədi keçmiş xarici işlər naziri Hillari Klintonun bu vəzifədə olduğu müddətdə onu xəyal qırıqlığına uğratdığını  deyən Malik Obama, Liviyanı  40 il ərzində idarə edən Müəmmər Qəddafinin linç edilməsi ilə nəticələnən Qərb dəstəkli xalq qiyamını da pisləyib.
 
"Klinton və qrupu Qəddafini öldürdü", -deyə Malik Obama Hillari Klintona səs verməməsinin səbəblərini açıqlayıb.