​“Obamanın adamları” Türkiyəyə gəlir - MÜHÜM ADDIM

 
ABŞ vitse-prezidenti Co Baydenin avqustun 24-də Türkiyəyə səfərindən əvvəl Ankaraya Fətullah Gülənin qaytarılmasını müzakirə edən ayrıca bir heyət gələcək.
 
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, bu barədə "Bloomberg" tele-kanalına Barak Obamaya yaxın adını açıqlamayan bir rəsmi şəxs məlumat verib.
 
"Obamanın adamları" Gülənin çevriliş  cəhdindəki rolunu araşdırcaq. Bu heyətin Ankaraya gəlişinin 1999-cu ildən Pensilvaniyada məskunlaşmış Fətullahın Güləni Türkiyəyə qaytarmaq məsələsində önəmli əhəmiyyət kəsb etdiyi vurğulanır.