Obamanın adamları Gülən üçün Türkiyəyə gəlir

 
 
ABŞ Dövlət Departamentinə bağlı qrup Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsini müzakirə etmək üçün türk tərəfi ilə görüşəcək.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi qarşıdakı günlərdə FETÖ (Fəthullahçı Terror Təşkilatı) lideri Fəthullah Gülənin ekstradisiyası üçün işləyəcək qrupun Türkiyəyə gələcəyini açıqlayıb.
 
Məlumata görə, ABŞ-dan gələcək qrup türk səlahiyyətlilərlə aparacağı müzakirələrdə Gülənin dövlət çevrilişi cəhdində iştirakına dair konkret dəlilləri axtaracaq.
 
Qeyd edək ki, avqustun 24-də ABŞ-ın vitse-prezident Cozef Bayden Ankaraya səfər edəcək.