Obamadan Trampa qəzəbli sözlər: ''Sızıldamağı dayandır...''

 
ABŞ prezidenti Barak Obama noyabr ayında keçiriləcək seçkilərə hiylə qarışdırılacağını iddia edən prezidentliyə namizəd DonaldTrampa “sızıldamağı dayandır” deyib.
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obamanın tənqidləri bununla da yekunlaşmayıb. O, deyib ki, Tramp daha öncə heç bir prezidentliyə namizədin etmədiyi şəkildə, daha seçkilər başlamadan onu nüfuzdan salmağa çalışıb. Prezidentin sözlərinə görə, Trampın Rusiya prezidenti Vladimir Putini dəstəkləyəcəyi ilə bağlı açıqlamaları da bu günə qədər Amerikanın tarixində görünməmiş hadisədir.
 
Xatırladaq ki, Tramp son günlərdə ictimai rəy sorğularında xeyli nüfuzdan düşüb. Buna səbəb həm də onunla bağlı cinsi istismar ittihamlarının ortaya çıxmasıdır.
 
B.Obama bildirib ki, Trampın seçkilərə hiylə qarışdırılacağı ilə bağlı iddiaları təməlsizdir: “ Trampa tövsiyə edirəm ki, sızıldamağı dayandırsın və səs qazanmaq üçün özünü ortaya qoysun”.
 
ABŞ prezidentinin dediyinə görə, oyun bitmədən gileyllənməyə başlayan birində prezident olmaq üçün lazımi özəlliklər yoxdur.
 
Tramp və Klintonun üçüncü, son TV debatı isə bu gün baş tutacaq.
 
Manmouth Uiversitetinin apardığı son ictimai araşdırmada Hillari Klintonun respublikaçı rəqibindən yeddi pillə daha yüksəkdə olduğu üzə çıxıb. İlk TV polemikasından bu yana Trampın səsləri azalmağa doğru gedir. Trampın 2005-ci ilə aid olan və qadınlarla bağlı aşağılayıcı sözlər dediyi videonun ortaya çıxması onun nüfuzunun zədələnməsinə güclü təsir göstərib.