​Obamadan neftlə bağlı sərt qərar

 
 
ABŞ Prezidenti Barak Obama Alyaska və onun ətrafında neft-qaz axtarışlarının qadağan olunması haqda qərar verib.
 
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilib ki, qərara əsasən, qütblərdə axtarış aparan enerji şirkətlərinə verilən kirayə lisenziyaları ləğv olunub. Qərarın ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən bölgələri qorumaq üçün hazırlandığı qeyd edilib.
 
Qadağalar Alyaskanın şimalındakı Bofort və Çukot dənizinə şamil olunacaq. Qərar 2017-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.