Obamadan müsəlmanlara məktub

Barak Obama ABŞ və dünyadakı bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
 

Axar.az verir ki, Obama bayram təbrikində ramazanın müsəlmanlar üçün ruhən yenilənmə və yoxsullara yardım ayı olduğunu söyləyib.
 
Prezident ABŞ-da Ramazan bayramının keçirilməsini ölkənin fərqli mədəniyyətlərini xatırlamaq baxımından əhəmiyyətli hesab edib:
 
“Ramazan ayı ərzində günahsız insanlar həyatını itirdi. Dünyanın müxtəlif bölgələrində zorakılıq hadisələrinin şahid olduq. Bu ay boyunca Orlandoda, İstanbulda, Bağdadda, Mədinədə və digər şəhərlərdə yüzlərlə günahsız insan öldürüldü”.
 
“Dünyada müsəlmanlara qarşı hücumların artdığını görürük. Kimsə ibadətgahda özünü təhlükə içində hiss etməməlidir. Bir çox Amerikalı ramazan boyunca içində yaşadığı cəmiyyətdə müsəlmanlara yardım etmiş, hətta bu dindən olan qonşuları ilə birlikdə oruc tutmuşdur. Nifrətə qarşı Amerikalı dəyərlərimiz bizi bir araya gətirəcək və birlik içində olaraq bir-birimizi qoruyacağı”,- Obama təbrik məktubunda vurğulayıb.