​Obamadan heyrət dolu açıqlama: "Prezidentlikdən sonra..."

 
 
 
Birləşmiş Ştatlar prezidenti Barak Obama səlahiyyət müddəti başa çatandan sonra hansı işlə məşğul olacağını açıqlayıb. O, zarafat edərək deyib ki, prezidentlikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.
 
Sputnik xəbər verir ki, Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi düşünürsünüz?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib.
 
Obama sözlərinin davamında deyib: "Açığını deyim ki, mən bir neçə həftə yatmağı planlaşdırıram. Biz şəraiti elə də yaxşı olmayan gənclər üçün imkanlar yaratmağa davam edəcəyik".