Obama Yunanıstana şok tələblərlə gəlir

ABŞ Prezidenti Barak Obama Yunanıstana səfər edəcək.
 
Bu barədə yunan mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Barak Obama Rusiya hərbi gəmilərinin Balkan ölkələrinin limanlarına yan almasına görə Yunanıstan hökumətinin göstərdiyi neytral mövqedən razı deyil.
 
Səfər zamanı da Prezident Obama Yunanıstan Baş naziri Aleksis Çiprasdan yunan limanlarını rus gəmilərinin üzünə bağlamağı tələb edəcək. Bundan başqa, Obama Çiprasdan Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları dəstəkləməyi də istəyəcək.