Obama və 5 lider Rusiyaya qarşı birləşdi

 
 
ABŞ və Avropa İttifaqının 5 ölkəsinin liderləri Rusiyaya qarşı ortaq mövqe ifadə ediblər.
 
Publika.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Rensi, İspaniyanın Baş naziri Mariano Rahoy Brey və Böyük Britaniyanın Baş naziri Tereza Mey Rusiyaya qarşı sanksiyaların saxlanılması barədə razılaşıblar.
 
Liderlər razılaşıblar ki, sanksiyalar Minsk razılaşmalarının icrasına qədər saxlanılmalıdır. Onlar həmçinin Şimali Atlantika İttifaqının (NATO) gücləndirilməsi barədə razılaşıblar. Görüş ABŞ prezidenti postunda Barak Obamanın Avropaya son rəsmi səfəri zamanı keçirilib.
 
Daha əvvəl Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı səsləndirdiyi bəyanatlardan narahatlığını ifadə ediblər. Trampın sözlərinə görə, NATO bir ittifaq kimi köhnəlib. O, Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın Rusiya tərəfindən zəbtinin tanınması məsələsinə baxmağa hazır olduğunu bildirib.