Obama təlimat verdi: Türkiyə-ABŞ üz-üzə

 
ABŞ Prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasına İŞİD-ə qarşı mübarizənin sürətləndirilməsi və PYD-nin daha çox silahla təmin edilməsi üçün təlimat verib.
 
Axar.az xəbər verir ki, bu iddianı “Nyu York Tayms” qəzeti irəli sürüb.
 
Məqalədə prezidentlik dönəmi başa çatmadan Rakkanın İŞİD-dən alınmasını istəyən Obamanın bu addımının Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirəcəyi vurğulanıb:
 
“Türkiyə ilə münasibətlərdə tarazlığın qorurmasına çalışılsa da, belə qərarın verilməsi kritik dövrün başlanacağını göstərir”.
 
Qeyd edək ki, ABŞ-ın hərbi dairələri məsələnin hələ ki, ali səviyyədə müzakirə edilmədiyini bildirib.