Obama Ərdoğanla görüşdən imtina edib

ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəvəb Tayyib Ərdoğanla şəxsi görüşdən imtina edib. Turaninfo.az  xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.
Nəşrin məlumatına görə, yaxın günlərdə Ərdoğan nüvə təhlükəsizli sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək. O, səfər çərçivəsində Merilend ştatında tikintisi Türkiyə tərəfindən maliyyələşdirilən məscidin açılışına qatılacaq. Ərdoğan mərasimə Obamanı da dəvət edib. Lakin ABŞ prezidenti bu dəvətdən imtina edib.
“The Wall Street Journal” yazır ki, ABŞ prezudentinin türkiyəli həmkarı ilə heç bir formal təkbətək təması nəzərdə tutulmayıb. Lakin Ağ Ev bəyan edib ki, görüşdən imtina hörmətsizlik kimi qəbul edilməməlidir. Çünki prezidentlər G20 sammiti çərçivəsində görüşüblər və fevralda aralarında telefon danışığı olub.
Ekspertlər hesab edirlər ki, Vaşinqton və Ankara arasında münasibətlər Türkiyənin kürd terrorçularına qarşı hərbi əməliyyatları bərpa etməsindən sonra gərginləşib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan etmişdi ki, Türkiyə demokratiya prinsiplərinə zidd addımlar atır.
Musavat.com