​Obama prezidentlikdən sonra bu evdə yaşayacaq - FOTOLAR

 
Amerika prezidenti Barak Obama iki aydan sonra prezident postunu Donald Trampa təhvil verəcək. Bu isə o deməkdir ki, Obama həm də son illər yaşadığı Ağ Evdən köçməli olacaq.
 
Teleqraf.com xəbər verir ki, artıq Obamanın prezidentlikdən sonra harada yaşayacağı bəlli olub. Belə ki, prezident Obama artıq 9 yataq, bir iş otağı və 8 hamamı olan malikanə alıb. Məlumata görə, prezident malikanəni keçmiş prezident Bill Klintonun mətbuat katibi postunu tutan Joe Lockhatdan 5,3 milyon dollara satın alıb.
 
1928-ci ildə inşa edilən malikanənin yuxarı mərtəbəsində Obama üçün iş otağı qurulacaq. Obamanın prezidentlikdən sonra yaşayacağı ev ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.
 
Teleqraf.com həmin malikanənin fotolarını təqdim edir.

Загрузка...
Загрузка...