Obama: “Nüvə təhlükəsizliyi məsələsində irəliləyişə nail olunub”

Dünya ölkələri nüvə təhlükəsizliyi məsələsində irəliləyişə nail olublar.
Turaninfo.az-ın  RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitinin plenar iclasında bəyan edib.
 “Heç bir ölkə nüvə təhlükəsizliyi problemini təklikdə həll edə bilməz. Biz xeyli irəliləyişə nail olmuşuq. Hazırda nüvə silahı problemi ən yüksək səviyyəli prioritetdir”, deyə B.Obama bildirib.