Obama medianı necə idarə edir? - Pərdə arxasındakı adam: Ben Rods və onun "müharibə otağı"

Obamanın xarici siyasət üçün nəzərdə tutulmuş mətnlərini yazan və siyasi qərarlar almasında vacib rol oynayan şəxs kimdir?
Avropa.info  “New York Times”ın jurnalisti Devid Samuelsin qələmə aldığı, Obamanı və ABŞ mediasını idarə edən bu şəxsin şəxsiyyəti və kütləni idarəetmə metodları haqda məqaləni təqdim edir.
ABŞ prezidenti Obamanın beynəlxalq təhlükəsizlik əlaqələri üzrə nümayəndəsi Ben Rods son bir həftədir ki, ölkə mətbuatının gündəmindədir. “New York Times”ın jurnalisti Devid Samuels Rodsu təsvir edən uzun bir yazı yazıb. Samuels öz yazısında Rodsu “Obamanın xarici siyasətinə istiqamət verən tək və ən təsirli şəxs” adlandırıb.
Rods jurnalist Samuelsin iddia etdiyi kimi ABŞ-ın xarici siyasətində qərar verən şəxsdir, yoxsa sadəcə Obama tərəfindən təyin edilən siyasətin ictimaiyyətə sırınması vəzifəsini icra edir?
Obamanın xarici siyasətinin ictimaiyyətə sırınmasına gəldikdə, Rods ən önəmli fiqurlardan biri kimi önə
çıxır. Xüsusilə, 2015-ci ildə İranla bağlanan və müzakirələrə səbəb olan nüvə müqaviləsində Rods vacib rol almışdı.
İran müqaviləsi ABŞ xalqına necə sırındı?
Samuels Rodsun İran müqaviləsini ABŞ xalqına təqdim etməsi və sırınması şəklini “islahatçı kampaniya” kimi dəyərləndirir, xarici siyasətin Konqres və xalqa izah edilməsi baxımından gələcək hakimiyyətlərə nümunə kimi göstərir.
Amerikalıların İranla bağlanan müqavilə haqda oxuduqları bütün xəbərlər müqaviləni sırınması üçün istehsal olunmuşdu. Xəbərlərdə Obama hakimiyyətinin 2013-cü ildə seçkilərlə hakimiyyətə gəlmiş  “mülayim İran siyasətçiləri” ilə görüşməsi mövzusuna geniş yer verilirdi. Bu hadisədəki şəxslər nə qədər real və doğru idisə də, baş verən hadisələr ictimaiyyətə yanlış və tərəfli şəkildə çatdırılırdı.
Birgə Hərəkət Planının fəaliyyətə başlamasından sonra Rods ABŞ hakimiyyətinin xarici siyasət məqsədləri və prioritetlərinin İranın maraqları ilə necə uzlaşmadırılması yollarını axtarmağa başladı. Rods “Bu məsələləri həll etmək üçün fərqli yollar tapa biliriksə, bu tərz münaqişə dolanbaclarında boğulmamağımız lazımdır” – deyir və əlavə edirdi ki, “ABŞ-dakı yəhudi lobbisi, İsrail hökuməti və Körfəz ölkələri bundan xoşlanmaz” kimi stereotiplərin öhdəsindən gəlməyimiz lazımdır. Düşmənlərimizlə münasibətləri inkişaf etdirməyin yolu budur”.
Rods İran müqaviləsinin hekayəsini belə çərçivələmişdi: İran müqaviləsinin təməlləri 2013-cü ildə qoyulmağa başlanıldı. Həsən Ruhaninin təmsil etdiyi “mülayim” qanad, son seçkilərdə rejimin “mühafizəkarlar” qanadını məğlubiyyətə uğratmış və “aşkarlıq” siyasəti aparacağını bildirmişdi. Bu yeni siyasət çərçivəsində qanunsuz nüvə silahı proqramına son vermək üçün müzakirələrə başlamaq imkanı yaranmışdı.
ABŞ prezidenti müqavilənin imzalandığı 14 iyul 2015-ci il təqdimetmə nitqində müqavilənin imzalanmasına gedən yolu belə təsvir etmişdi: “Bu gün iki il davam edən müzakirələrdən sonra ABŞ regional müttəfiqləri ilə birlikdə işləyərək on illərdir davam edən düşmənçiliyə qarşı bir uğur qazanmışdır”.
Obamanın nitqi texniki cəhətdən doğru görünsə də, tamamilə yanıldıcı idi. Belə ki, İran ilə aparılan müzakirələrin ən vacib hissəsi 2012-ci ilin ortalarında başlamışdı. O vaxtlar dini lideri Xamenei tərəfindən xüsusi şəkildə seçilib namizəd göstərilən Ruhani və “mülayim” qanad hələ hakimiyyətdə deyildi.
İranda yeni bir reallıq var idi və bu da Obama hakimiyyəti üçün olduqca əlverişli idi. İctimaiyyətə İran rejimində ciddi bir dəyişikliyin olduğu və idarəetmənin Amerika və qonşularla yaxşı münasibətlər saxlamaq istəyən “mülayim iranlılar”ın əlinə keçdiyi deyilirdi.
ABŞ hakimiyyəti İranın nüvə proqramı ətrafında mövcud olan narahatçılığa son verməklə iki ölkə arasında olan siyasi gərginliyə də son verəcəkdi və beləcə ABŞ Səudiyyə Ərəbistanı, Misir, İsrail və Türkiyə kimi müttəfiqlərinə möhtac olma asılılığından azad olmuş olacaqdı.                                                             
“Müharibə otağı”
İran müqaviləsinin Konqresə başa salınması və sırınması üçün Obama hakimiyyətinin 3 ay vaxtı var idi. Sabiq işçilər bu işin həll olunması üçün Ağ Evdə bir “müharibə otağı”nın yaradıldığını deyirlər. Bu otaqda Dövlət Departamenti, Maliyyə, Müdafiə, Energetik nazirliklərindən və ABŞ-ın BMT nümayəndələri və Beynəlxalq Təhlükəsizlik Şurasından 6 nəfər işləyirdi. Komandanın lideri şübhəsiz ki, Rods idi.
Rods müqaviləni “sülh və müharibə” arasında bir seçim olaraq göstərirdi ki, bu da xeyli işə yaramışdı. Rods müqavilənin xalq, elm adamları, ekspertlər, Respublikaçılar və Konqres üzərində təsirini izləmək üçün sosial şəbəkədə bir səhifə açdı. Bu səhifə vasitəsilə İran müqaviləsi ilə bağlı istənilən təsir effektini formalaşdıra bilirdi.
Rodsun sosial mediada işləməsi sadəcə yaxşı şəkildə planlaşdırmadan irəli gəlmirdi. O müzakirələrdə şəxsən iştirak etmiş və görüşləri istiqamətləndirmişdi. İlk görüşlər 2015-ci ilin iyul ayında Omanda başlamışdı. Bu görüşlərin heç birində Obama iştirak etmirdi, amma Rods orada idi.
Nüvə müqaviləsinin iki yöndə irəliləməsinə qərar verilmişdi. Birinci daxili razılıq, digəri ictimaiyyətə açıqlanan razılaşma olacaqdı. Açıq razılaşmanın təməlini təşkil edəcək daxili razılaşma layihəsi Ruhaninin hakimiyyətə gəlməsindən 3 ay əvvəl hazırlanmışdı.
“Eko dairəsi”
Müzakirələr müddətində Rodsu narahat edən tək bir problem var idi. Müqavilənin Konqres və Amerika xalqına necə çatdırılıb, sırınacağı?
Rods Konqres və xalqı İranla bağlanan müqaviləyə inandırmaq üçün Ağ Evdə bir “eko dairəsi” formalaşdırdıqlarını bildirir və başını yellədərək deyirdi: “Əlimizdə məntiqli bir izah olmayanda əlimizdə olanlardan ortaq bir izah yaradırıq. Mesajımıza ciddi zərər verəcək “İran Project” kimi xarici qruplara qarşını alacaq işlər görmüşdük. Və sonda etdiklərimizin işə yaradığını gördük. Müqaviləyə qarşı olanları dəliyə çevirdik”.
Amerika ictimaiyyətinin bir həftədir gündəmində olan “Ben Rods müzakirəsi” daha nə qədər davam edər bilinmir.
Obamanın xarici siyasət nitqlərini qələmə alan Rodsun xarici siyasət qərarlarının verilməsində, yoxsa verilən qərarların sırınmasında daha fəal rol oynaması müzakirə edilə bilər. Lakin Rodsun ABŞ siyasətində bu işi öhdəsinə götürən tək adam olmadığı məlumdur.
Corc Buş dövründə Dik Çeni və Donald Ramsfeld ABŞ-ın xarici siyasətini  və xüsusilə İraq işğalını yönləndirən xüsusi simalar olaraq qarşımıza çıxır. Dik Çeni Səddam Hüseynin heç vaxt tapılmayan nüvə və bioloji silahlarının olması məzmununda xəbərləri ictimaiyyətə satmağı bacarmışdı.