Obama ilə Putinin görüşü - Peskov açıqladı

 

 
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında görüş keçirilə bilər.
 
Missiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşün Peruda keçirilməsi gözlənilir.
 
 İki prezidentin bir araya gəlməsi barədə açıqlamanı Rusiya prezidentinin mətbuat xidməti Dmitri Preskov verib.
 
"Prezidentlərin hər hansı görüşü planlaşdırılmırdı. Əgər onlar Peruda bir sammitdə iştirak edəcəklərsə, hansısa formada görüş baş tuta bilər".
 
 
Qeyd edək ki, ABŞ prezidentinin səlahiyyət müddəti yanvar ayında bitir.

Загрузка...
Загрузка...