​“Obama cəhənnəm olsun” - Filippin prezidenti

Dünya liderlərinin ünvanına səsləndirdiyi qalmaqallı ifadələrlə yadda qalan Filippin prezidenti bu dəfə Obamanı “cəhənnəmə göndərib”.
 
 Turaninfo.az Moderator.az-a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, Rodriqo Duterte Filippindəki narkoticarətlə mübarizədə radikal metodlardan istifadə edilməsini tənqid edən Obamaya “cəhənnəm olsun” deyə reaksiya verib.
 
Xatırladaq ki, Duterte eyni ittihamları səsləndirən Aİ-nin də ünvanına eyni sözləri işlətmiş və canlı yayımda “orta barmaq” işarəsi göstərməkdən çəkinməmişdi.
 
Eyni zamanda, ölkəsində insan haqlarının pozulduğunu deyən BMT baş katibi Pan Gi Muna “axmaq” deyə səslənmişdi.