Obama: 7 ay sonra iş axtaracağam

Təxminən 7 ay sonra iş axtarmalı olacağam. Bu səbəbdən çox xoşbəxtəm. Özümə Linkedin sosial şəbəkəsində hesab açmağı düşünürəm.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama Vaşinqtonda təşkil edilən “SelektUSA” İnvestisiya Forumunda çıxışı zamanı deyib.
 
“ABŞ dünyanın ən etibarlı və güclü ölkəsidir. Hazırda sizlər məhz bizim ölkəyə investisiya yerləşdirməlisiniz. Heç bir ölkə bizimki qədər yaxşı universitetlərə malik deyil. Araşdırmalara bizdən çox investisiya qoyan ölkə yoxdur.” - Obama bildirib.
 
Ağ Ev rəhbəri çıxışına zarafatyana sözlərlə davam edib:
 
“Nitqim küçə tacirlərinin danışığına bənzədi. ABŞ-ın satış nümayəndəsi olmağa hazıram. Təxminən 7 ay sonra iş axtaracağam və bundan çox məmnunam”.
 
Qeyd edək ki, bu ilin noyabrında Obamanın prezidentlik səlahiyyətləri bitir.