“O Səs Türkiyə”nin qalibi Elnur Hüseynov QƏZƏBLƏNDİ: “Nə vaxt adam olacaqsınız?”

“Siz nə vaxt adam olacaqsınız? Daha heç nə yaza bilmirəm. Bu dünyada karma var və heyvanlarla amansızcasına rəftar edən bütün yaramazların cəzalandırılmasını istəyirəm”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, “O Səs Türkiyə”nin qalibi Elnur Hüseynov sosial şəbəkədə yazıb. O, sahibsiz itlərin ac-susuz, xəstə və baxımsız vəziyyətdə saxlanılmasına qarşı çıxaraq onların tüfəng və lapatka ilə öldürülməsinə etiraz edib.
Daha sonra isə müğənni Türkiyədə, Atatürk Hava Limanında qarşılaşdığı heyvanlarla bağlı plakatın şəklinin paylaşaraq nümunə göstərib. Plakatda “İnsanlığı sulayaraq yetişdirək” sözləri yazılıb.

Загрузка...
Загрузка...