“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”

“O Səs Türkiyə” yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni belə bir hadisə yaşanmadığını deyib:
"Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.
Məlumat üçün bildirək ki, bu yaxınlarda Türkiyə mətbuatında Yıldız Tilbenin "O Səs Türkiyə” proqramında iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta buna görə Gökhanla Yıldız arasında qalmaqal yaşanmış, çəkilişlərin ləğv edildiyi iddia olunmuşdu. Yıldız Tilbe bu xəbərləri təkzib etmişdi.
Aytən

Загрузка...
Загрузка...