"O sözü eşitdim və dedim ki, vəssalam, bu iş bitib" — Putin

 
 
Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri Putinlə Ərdoğanın rəsmi görüşü zamanı Rusiya lideri 15 avqust çevriliş cəhdi gecəsini xatırladıb.
 
O, deyib: "Mən hadisələri çox diqqətlə izləyirdim. Türkiyədə yaranacaq bir sıxıntı bizi də kədərləndirərdi. Lakin, siz xalqa müraciət edib, meydanlara dəvət edincə və xalq da sizin çağırışınıza cavab verib ayağa qalxınca, dedim-Vəssəlam, bu iş bitmişdir. Ərdoğan qələbə çaldı."