O, Ərdoğana xəbərdarlıq etmişdi - 5 ay əvvəl

 
 
AKP-nin Qaziantepdən seçilən millət vəkili Şamil Təyyar Türkiyədə hərbi çevriliş cəhdinin baş verəcəyi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana 5 ay öncə xəbərdarlıq etmişdi.
 
Axar.az xəbər verir ki, deputat bu barədə Bəyaz TV-nin “Son Söz” verilişində bildirmişdi.
 
“Prezidentə qarşı çevriliş planı hazırlanır. Ərdoğansız Türkiyə ssenarisini həyata keçirməyə çalışırlar. Paralel şəbəkə ilə ən zəif mübarizənin aparıldığı sahə Türkiyə Silahlı Qüvvələridir. Hərbi məhkəmələr FETÖ şəbəkəsinin əmrindədir”, - Təyyar vurğulamışdı.