​"O ərazidə Komitənin mənzili yoxdur" - "Qaçqınkom"dan şəhid atasına cavab

 
 
Dünən Moderator.az-da Şəhid Müşfiq Orucovun ailəsi ilə görüşdən hazırlamış reportajı oxuculara təqdim etmişdik.
 
Şəhid Müşfiq Orucovun atası Orucov Arif əməkdaşımıza bildirib ki, "Qaçqınkom" onlara Ramana qəsəbəsindəki Şuşa şəhərciyində ev təklif edib. Ancaq ev sənədsiz olduğu üçün şəhidimizin atası evdən imtina edib.
 
Şəhid atasının iddialarına Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti cavab verib.
 
Komitədən Moderator.az -a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik:
 
"Bildiririk ki, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş Zəngilan rayonundan olan məcburi köçkün Orucov Müşfiq Arif oğlunun ailəsinə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş binadan 3 otaqlı mənzil təklif edilmişdir. Komitə tərəfindən digər məcburi köçkünlərə mənzil verilərkən hansı sənəd verilibsə bu ailəyə də həmin sənəd təqdim edilib. Lakin Orucov Müşfiqin atası Orucov Arif Xətai rayonu ərazisində işlədikləri üçün verilən mənzilin onlara uzaq olduğunu bildirmiş və həmin mənzildən imtina etmiş və bunla bağlı Komitəyə yazılı şəkildə məlumat vermişdir. Komitədən isə Orucov Arifə bildirilmişdir ki, Xətai rayonu ərazisində Komitənin mənzili yoxdur.
 
Onu da qeyd etmək istəyirik ki, Orucov Müşfiqin ailəsi Xətai rayonu ərazisində Cavanşir küçəsi 14 ünvanında yerləşən yataqxananın 29 saylı otaqında yaşayıblar. Həmin bina qəzalı olduğu üçün sökülmüş və dövlət tərəfindən digər ailələrlə yanaşı bu ailəyədə 45 min manat məbləğində kompensasiya verilmişdir. Hazırda Müşfiq Orucovun ailəsi Xətai rayonu ərazisində Zığ yolu bina 31, mənzil 18 ünvanında anası Məmmədli Ayğün Məmməd qızının xüsusi mülkiyyətində olan (alınma tarixi 22 iyun 2016-cı il tarixli, ümumi sahəsi 71,8 kvadrat metr) mənzildə yaşayırlar.
 
Həmçinin bildirmək istəyirik ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən həmin ailəyə bütün lazımi maddi köməkliklər göstərilmişdir."

Загрузка...
Загрузка...