​“O Putinin fahişəsidir!” - Çexiya prezidentinə qarşı ağılasığmaz hücum - FOTO+VİDEO

Baxış sayı: 
159
0  
0  

 
 
Moderator.az "Radio Svoboda"ya istinadən xəbər verir ki, keçən həftənin cümə günü Çexiyada prezident seçkilərində səsvermə zamanı gözlənilməz insident baş verib.
 
Seçki məntəqəsində yarıçılpaq qız indiki prezident Zemanın üstünə atılaraq ingilis dilində “Zeman -   Putinin fahişəsidir!” qışqırıb. Bu, Ukrayna Femen hərəkatının fəalı Anjelina Diaş olub. Ancelina Diaş saxlanıb və iki gündən sonra Çexiyadan deportasiya olunub. 
 
Çexiya prezidentliyinə başqa namizəd və ikinci tura keçən İrji Draqoş da indiki prezident Zeman haqqında kəskin bəyanat verib: “Mən indi də o fikirdəyəm ki, Rusiya bizim seçkilərə maraq göstərir. Miloş Zemanın yenidən prezident seçilməsi Rusiya xüsusi xidmət orqanlarının marağındadır. Mənim birbaşa sübutlarım yoxdur, amma  BİS (Çexiya əks-kəşfiyyat xidməti) illik hesabatında bu barədə məlumat verir”.
 
26-27 yanvara təyin olunmuş ikinci turda İrji Draqoşun qələbə şansı yüksək qiymətləndirilir. Birinci turda o Zemandan 12%  geri qalsa da, onu birinci turda uduzan yeddi namizəddən beşi müdafiə edir.

Загрузка...
Загрузка...