O kredit borcları BAĞLANA BİLƏR - Parlamentdə VACİB TƏKLİF

Baxış sayı: 
143

“Hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir. Əgər bankın lisenziyası alınıbsa, onun vətəndaşa ödəməli olduğu vəsait səlahiyyəti başqa bir banka verilməlidir”.
Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Əli Məsimli “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Millət vəkili bu problemlə bağlı konkret şikayətlərin olduğunu qeyd edib:
“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Belə ki, həmin sahibkara ödəniş etməli olan “Dəmir bank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu ala bilmirdi. Əgər bankın lisenziyası alınıbsa onun bu səlahiyyəti başqa banka keçirilməlidir. Bu yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul krediti borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, üç min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”.
Millət vəkili "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər kifayət qədər yaxşı hazırlandığını bildirib. Sağlamlaşma borcunun yenidən təşkil edilməsi əvəzinə ödəmə qabiliyyətinin bərpa edilməsi çox sayda izafi işləri aradan qaldıracağını deyib.

Загрузка...
Загрузка...