O deyir ki, Azərbaycan Rusiyanın tərkibinə qayıdacaq- BƏYANAT

Baxış sayı: 
203

 
Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski keçmiş SSRİ ərazilərinin Rusiyanın tərkibinə qayıdışı imkanı haqqında danışıb.
 
Dövlət Dumasının üzvü partiyasının 31-ci qurultayında çıxışının gedişatında post-sovet respublikalarının Rusiyanın tərkibinə könüllü qayıdışını istisna etmədiyini bildirib.
 
“Rusiya vahid və bölünməzdir. Və biz məmnuniyyətlə gözləyəcəyik, keçmiş SSRİ-nin əraziləri Rusiyanın tərkibinə qayıdacaq və özləri Moskva ilə qarşılıqlı münasibətlərin formasını seçəcəklər”, - o deyib.
 
Jirinovski həmçinin qeyd edib ki, Rusiya ilə “yenidən birləşmədən” sonra bu regionlara geniş muxtariyyət vermək lazımdır. Jirinovskinin fikrincə, Moskvanın həmişə özünün həll etdiyi xarici siyasət, müdafiə və maliyyə məsələləri istisna olmaqla, regionlara geniş muxtariyyət vermək mümkündür.
 
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını “iyirminci əsrin faciəsi” adlandırıb.
 
SSRİ-nin tərkibində olan respublikalardan olan Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib.

Загрузка...
Загрузка...