O adamlar mənim xalqım ola bilməz” - Səidədən ağır sözlər

 
“Sultan Səidəyəm. Heç vaxt kimlərəsə görə dəyişməyəcəm. Necə varamsa, elə qalacam. Süni olub, yalandan maska geyinməyəcəm. Bax, elə gördüyünüz kimi pozitiv qalacam. Çünki özüməm”.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Səidə Sultan yazıb. Geyiminə görə təhqir edilən müğənni özündən çıxıb: “Kim nə deyir, nə danışır, cəhənnəmə… Danışın, yazın, günahlarımı yuyun. Mən insan olaraq xalqımın yaxşılarını sevirəm. O dediyiniz xalq mənim xalqım ola bilməz. Mən şəhərdə doğulmuşam və gözümü açıb sözbazlıq görməmişəm. Amma təəssüf ki, mənim şəhərimdə o insanlar qalmayıb. Sözbazlıq, qeybət, özündən razılıq və bir az pul görən kimi dəyişən insanlar! Bağışlayın, təəssüf edirəm ki, sizin kimi deyiləm. Allaha çox şükür, kiminsə ailəsini dağıtmamışam”.

Загрузка...
Загрузка...