​O acı dialoq heç yadımdan çıxmır... - Qənirə Paşayeva

 
Atamla anamın o dialoqu heç yadımdan çıxmır.
 
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva “Geriyə baxanda” verilişində danışarkən deyib. O, valideynlərinin fədakarlığını unuda bilmədiyini bildirib:
 
“İkinci sinifdə oxuyanda musiqi məktəbinə gedirdim. Mənə piano almaq lazım idi. Oturmuşdum evdə, qonşu otaqdan atamla anamın heç vaxt yadımdan çıxmayan dialoqunu eşitdim. Anam atama deyirdi: “Əgər o pianonu alsaq, evdə pulumuz qalmayacaq. Qış gəlir, isti paltarlar almaq lazımdır, xeyir var, şər var, pul lazımdır”. Atam isə anama dedi: “Eybi yox, qoy bu il təzə paltar almayaq, az yeyək, içək, amma qıza o pianonu mütləq alaq”. Atam bizim təhsilimizə həmişə çox önəm verib”.

Загрузка...
Загрузка...