​Nyu-Yorkda Rusiya konsulluğunun əməkdaşının meyiti tapılıb

 
Rusiyanın Nyu-Yorkdakı konsulluğunun növbətçi komendantının başından zədələnmiş meyiti tapılıb.
 
Turaninfo.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti”yə Nyu-York şəhər polis idarəsinin nümayəndəsi Con Devis bildirib. 
 
Nyu-York polisi insidentin təfərrüatlarını araşdırır.
 
Meyit baş konsulluğun ərazisində aşkarlanıb.
 
İstintaqın ilkin nəticələrinin bu həftə ərzində açıqlanacağı gözlənilir.