'Nuru Paşanın talış qətliamı törətdiyini iddia etmək şərəfsizlik, namussuzluqdur'

 
Fazil Mustafa: “Onlar bununla ilk növbədə talış xalqını təhqir edirlər”
25 sentyabrda Moskvada keçirilən separatçıların ikinci qurultayında qondarma Dağlıq Qarabağ Respublikası və talış separatçılarının iştirakından bəhs etmişdik.
 
Vurğulamışdıq ki, Moskvada anti Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada də bu qurultayda iştirak edib.
 
Talış separatçıları çıxış zamanı Azərbaycan dövləti əleyhinə ciddi ittihamlar səsləndirib, habelə Nuru Paşanın Azərbaycana gəlişi zamanı 30 min talışın Qafqaz İslam Ordusu tərəfindən məhv edildiyi ilə bağlı cəfəng fikirlər səsləndirilib.
 
“Bu, təxribat xarakterli iddiadır”
 
Maraqlıdır, 30 min talışın Nuru Paşa tərəfindən məhv edilməsi ilə bağlı səsləndirilən ittihamlar nəyə hesablanıb? Bu fikirlərdə zərrə qədər də olsa həqiqət payı varmı?
Moderator.az-a açqılama verən millət vəkili Fazil Mustafa Nuru Paşanın talış qətliamı törətməsi ilə bağlı səslənən fikirlərin şərəfsizlikdən başqa bir şey olmadığını vurğuladı:
“Ermənilər iddia edir ki, Nuru Paşa 30 min ermənini məhv edib. Təbii ki, bunlar yalan informasiyadır. Nuru Paşa azərbaycanlılara divan tutan silahlı erməniləri məhv edib. Bu isə müharibə şərtlərinə görə doğru bir qərardır. Nuru Paşa gələndə Qafqaz İslam Ordusu adı ilə gəlib. İslam mənsubu olan bir şəxsin məhvə məhkum edilməsi baş verməyib və belə bir tarixi fakt ola da bilməz. Çünki o, islamçılığı, türklüyü qorumaq adına gəlib. Talışlar isə islam mənsubudur. Necə ola bilər ki, Qafqaz İslam Ordusu islam mənsubu olan insanları məhv etsin? Bu, şərəfsiz bir yalandır. Talış xalqının adını bədnam etmək üçün təxribat məqsədi ilə səsləndirilən fikirdir.
 
“Ermənilər sadəcə azərbaycanlıları deyil, talışları da öldürüb”
 
Maraqlıdır, onlar Bakıda və ətraf bölgələrdə yaşayan və öldürüldüyü iddia edilən bu talışları necə hesablayıblar? Hansı mənbədə belə bir fakt var? Qafqaz İslam Ordusunun məqsədi islam mənsubu olan insanları qorumaq idi. Ermənilər insanları sadəcə türk olduğu üçün məhv etmirdilər. Ermənilər müsəlman olan hər kəsi məhv edirdi. Müsəlmanın isə öz tanıtımı var və onları müəyyənlədşirmək asandır. O zaman ermənilər türkləri, talışları, ləzgiləri bir-birindən seçmirdilər ki?
 
“Bu yalana talış xalqının ziyalıları cavab verməlidir”
 
Bu, o qədər səviyyəsiz və həyasız bir yanaşmadır ki, bundan həmin separatçıların ifşası üçün istifadə etmək lazımdır. Buna talışların özü, bu xalqın ziyalıları cavab verməldirlər. Necə ola bilər ki, islam  mənsublarını qorumaq üçün gələn bir şəxs islam mənsubunu məhv etsin? Bir dənə də olsun belə bri fakt yoxdur. Əgər bu seperatçılar ermənilərin məhvini özləri üçün bir faciə hesab edirlərsə, bunu açıq şəkildə söyləsinlər. Daha talış xalqının adına niyə çıxırlar ki? Bu, talış xalqına edilən bir təhqirdir. Bu, həmin seperatçıların öz xalqlarına nə qədər düşmən və sayqısız olduğunu göstərir.
 
“Separatçılar ilk növbədə talış xalqının düşmənidir”
 
Məncə bu faktın geniş şəkildə işıqlandırılmasına ehtiyac var. Ən azı bu separatçlara düşüncədə haqq qazandıran insanlar görməlidir ki, bu adamlar ermənidən fərqi olmayan insanlardır. Onlar öz xalqlarına qənim kəsilən məxluqlardır. Əgər Nuru Paşanın Azərbaycana səfəri zamanı hətta bir talışın belə öldürüldüyü faltını ortaya qoya bilsələr, biz bütün çıxışlarımızdan imtina edərik.
 
Onlar Əsədullayev, Tağıyev dövrü ilə bağlı yazılan əsərləri oxusunlar. Məhəmməd Əsəd bəyin əsərlərini oxusunlar. Baxsınlar ki, ermənilər müsəlmanlara hansı zülümləri veriblər.
Bu birbaşa talış xalqına atılan iftiradır. Nuru Paşa talışları niyə məhv etməliydi ki? Buna nə ehtiyac var idi? Məgər talışlar aəzrbaycanlılara qarşı qətliyam törədiblər? Azərbaycanlılarla birlikdə ermənilər onları da məhv edib.
 
Talışların ermənilərlə yanaşı məhv edildiyi söyləməkdən daha böyük həyasızlıq nə ola bilər? Görün hansı insanlar talış xalqının marağını təmsil etmək adı ilə ortaya atılıb? Onlar öz xalqına böhran atırlar. Bu cür namussuzların Azərbaycana hansısa bir formada faydalı bir şey gətirəcəyini iddia etmək olarmı?
 
Bu separatçıların özlərini ifşa edən bu yalanları geniş şəkildə işıqlandırılmalı və şərh edilməlidir ki, bəlkə onların arxasınca gedən bəzi şəxslər anlasınlar ki, bu şəxslər öz xalqlarının düşmənidir”.