Nurgül Yeşilçay “ağzını açmadan” İNANILMAZ SƏRVƏT qazandı - FOTO

Nurgül Yeşilçay yeni filmində heç bir iş söz demədən, danışmadan sərvət qazanıb.
Turaninfo “Hürriyet”ə istinadən xəbər verir ki, türkiyəli aktrisa Nurgül Yeşilay iranlı rejissor Bayram Nemətlinin "Yedullahın gözəl cini” filmində oynamaq üçün bu həftə İrana gedəcək.
Aktrisa İranın paytaxtı Tehranda 5 həftə qalacaq. Kino ulduzu iranlı rejissorun layihəsində keçirdiyi ağır travmadan dolayı danışmayan Dilarə obrazını canlandıracaq.
İddialara görə, film ərzində ağzından bir kəlmə belə çıxmayan aktrisa rolunun müqabilində 250 min TL (təxminən 125 min manat) qazanacaq.
Nurgül Yeşilçay filmlə bağlı bunları deyib: "Dilarə obrazı kar və dilsiz deyil. Odur ki, fərqli səslər çıxarmalı, jest və mimikalardan istifadə etməliyəm. Film üçün səhərdən axşama qədər məşq edir, maraqlı səslər çıxarıram”.
Aytən

Загрузка...
Загрузка...