​Nura Suri BDU-nun dekan müavininə belə cavab verdi – AÇIQLAMA

Baxış sayı: 
237
0  
0  

Tanınmış müğənni Nura Suri bu gün mətbuatda haqqında çıxan “Cərimə ödəmədən maşınını meydançadan çıxardı” xəbərlərinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, o, feysbuk hesabından açıqlama edərək, bunları yazıb.
“Bir gün yuxudan oyanıb status yazacam ki, “Filankəs məni təhqir edib, söyüb və s.”. Bütün saytlar da araşdırmamış statusumu xəbər edəcək. Bundan sonra həmin adam vaxt itirib, əsəb sərf edib, sübut etməlidir ki, belə bir hadisə olmayıb. Polisə ərizə yazacaq ki, araşdırın, görün bu adam iddia etdiyini sübut edə bilir, ya yox. Polis də cinayətkarı axtarmaq əvəzinə, vaxtını kiminsə uydurma, boş məsələsinə sərf edəcək. Sonra iş məhkəməyə gedəcək, orada çalışanlar vaxtını boş bir söhbəti araşdırmağa sərf edəcək. Bu qədər insanın vaxtı və enerjisi boş işlərə sərf olunacaq. Mən nə qazanacam?”
Qeyd edək ki, Bakı Dövlət Universitetinin dekan müavini Sevinc Əliyeva öz feysbuk statusunda Nura Surinin polisə cərimə ödəmədən avtomobilini meydançadan çıxardığını yazmışdı.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...