Nura Röya ilə İradə İbrahimova qalmaqalının SƏBƏBİNİ AÇDI: “13-14 ildir...”

Müğənni Nura Suri Röya Ayxan və İradə İbrahimovanın adlarının qalmaqalda hallanmasından narahat olub.
Publika.az xəbər verir ki, o, Əməkdar artistlə İradə İbrahimova arasındakı davanın səbəbini ortada söz gəzdirən insanların olması ilə əlaqələndirib:
“Sənəti o qədər ucuzlaşdırıb, hörmətsiz ediblər ki, adam iş görmək istəmir. Röya Moskvada konsert verib, oradan da Türkiyəyə mükafat almağa gedib. Bütün gördüyü işlər qalıb kənarda, ancaq qalmaqaldan yazırlar.
İradə artıq söz deməyib, verilişə baxmışam. Arada kim söz gəzdiribsə, nə deyibsə, aləmi bir-birinə vurub. İradə qalmaqaldan uzaq müğənnidir. Ölkəmizdə Röya qədər işləyən, mahnılar yazdıran müğənni yoxdur. 13-14 ildir sənətdədir, oxuduğu mahnıların sayı-hesabı yoxdur. Özündən, xasiyyətindən xoşunuz gəlməyə bilər, amma gördüyü işləri danmaq mümkünsüzdür. Mahnı müsabiqəsində qalib olmaq, məşhur və sevilən müğənni olmaq deyil”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...