Nümayəndələr Palatası Trampı təbrik etdi - Təcili

 
ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı təbrik edib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.
 
Məlumatda Paul Ryanın zəng edərək Tramp və köməkçisi Mayk Pensini təbrik etdiyi bildirilir.
 
Qeyd edək ki, hazırda ABŞ-da keçirilən prezident seçkilərində səslərin 48,2 faizini Tramp, 47,2-ni isə Klinton toplayıb.